15:03 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Azərbaycanın neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) həcmi azalma trendini qoruyur.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 2026-cı ilin yanvar-may aylarında neft-qaz sektorunda ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 16 milyard 125,4 milyon manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarının yekunlarına əsasən də sektorda azalma qeydə alınmışdı. Həmin dövrdə neft-qaz sektorunda ÜDM 2025-ci ilin müvafiq dövrünə nisbətən 0,9 faiz geriləmişdi.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
8 İyun 2026