14:22 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Türkiyədə "Akkuyu" AES-in ilk enerji blokunda elektrik enerjisinin istehsalına 2026-cı ilin sonuna qədər başlanılması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu ölkənin energetika naziri Alparslan Bayraktar bildirib və stansiyanın mərhələli şəkildə istismara hazırlandığını qeyd edib.
Daha əvvəl reaktorun hazırlanmasında əsas mərhələlərdən biri tamamlanıb. Bu mərhələdə nüvə yanacağı yerinə sınaq üçün imitasiya yığımları yüklənib. Bu, gələcək işə salınmadan əvvəl aparılan yoxlama mərhələsidir.
“Akkuyu” AES — Türkiyənin ilk atom elektrik stansiyasıdır. Layihə “Rosatom” tərəfindən Build-Own-Operate modelinə əsasən həyata keçirilir və hər biri 1200 MVt gücündə 4 enerji blokundan ibarətdir.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
8 İyun 2026