10:22 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Çərşənbə günü, 10 iyun tarixində bir unsiya qızılın dəyəri 2026-cı il martın 23-dən bəri ilk dəfə olaraq 4200 dollardan aşağı düşüb. Bu barədə hərracların məlumatlarında deyilir.
ABC.AZ-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, qiymətli metalın kotirovkalarının aşağı düşməsinə Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəb olub.
Bundan əlavə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini artırmaq riskləri mövcuddur. Bu gün ABŞ-da inflyasiya ilə bağlı məlumatlar dərc olunacaq ki, bu da tənzimləyicinin pul-kredit siyasəti ilə bağlı gələcək ehtimal olunan addımlarını qiymətləndirməyə kömək edəcək.
Eyni zamanda, gümüşün birja dəyəri də bu il martın 23-dən bəri ilk dəfə olaraq bir unsiya üçün 64 dollardan aşağı enib.
12 İyun 2026
12 İyun 2026
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026