09:33 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiymətləri ötən günkü azalmadan sonra sabit qalıb.
Saat 09:30-a olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri $0,01 (0,01%) artaraq bir barel üçün $91,46 təşkil edib. 9 iyun hərraclarının nəticələrinə görə, müqavilə $2,80 (2,97%) ucuzlaşaraq bir barel üçün $91,45-ə düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin iyul fyuçersi saat 09:30-da $0,01 (0,01%) bahalaşaraq bir barel üçün $88,21 olub. 9 iyun sessiyasının yekununda müqavilənin dəyəri $3,10 (3,40%) azalaraq bir barel üçün $88,20 təşkil etmişdi.
9 iyun tarixində keçirilən hərracların yekununa əsasən, "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 4,82 dollar (4,82%) azalaraq bir barel üçün 95,27 dollar təşkil edib.

11 İyun 2026
11 İyun 2026
11 İyun 2026