Türkiyə və Səudiyyə Ərəbistanı Hicaz dəmir yolunun inkişafı üzrə memorandum imzalayıb

18:32 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Türkiyə və Səudiyyə Ərəbistanı Ər-Riyadda dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Sənəd Hicaz tarixi dəmir yolunun bərpası və inkişafını nəzərdə tutur.

ABC.AZ xəbər verir ki, layihə Səudiyyə Ərəbistanını Türkiyə ilə İordaniya və Suriya vasitəsilə birləşdirəcək dəmir yolu dəhlizinin yaradılmasını əhatə edir. Gələcəkdə xəttin Oman və Hind okeanı istiqamətində uzadılması da mümkün sayılır.

Marşrut Hörmüz boğazını keçmədən alternativ ticarət dəhlizi kimi qiymətləndirilir.