Mərkəzi Asiya biznes və dövlət idarəçiliyində süni intellektin tətbiqini sürətləndirir

16:41 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Qazaxıstan və Mərkəzi Asiya ölkələri süni intellektin biznesdə tətbiqi tempinə görə dünyanın bir çox regionlarını qabaqlayır.

ABC.AZ xəbər verir ki, bu nəticə KPMG-nin araşdırmasında əksini tapıb.

2,5 mindən çox şirkətin iştirakı ilə keçirilən sorğu göstərib ki, 99% süni intellekti əsas rəqabət üstünlüyü hesab edir, 93% isə yaxın iki ildə gəlirlərin artacağını gözləyir.

Eyni zamanda şirkətlərin təxminən yarısı artıq süni intellekti sənaye miqyasında tətbiq edir, lakin ekspertlər sistemli yanaşmanın çatışmadığını və məlumatların idarə olunması ilə bağlı riskləri qeyd edirlər.

Regionda Qazaxıstan süni intellektin dövlət idarəçiliyində tətbiqi və İT ixracı üzrə liderdir, Qırğızıstan rəqəmsal iqtisadiyyat və təhsilə fokuslanır, Özbəkistan isə əsas sahələrdə pilot layihələr həyata keçirir.