09:59 - 9.06.2026
9 iyun Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 dollar və ya 0,61 % artaraq 100,09 dollara bərabər olub.
Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.