15:43 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Dövlət neft şirkəti Saudi Aramco iyul ayı üçün neftin satış qiymətlərini azaldıb, lakin Asiya alıcıları üçün qiymətlər hələ də son onilliklərin ən yüksək səviyyəsində qalır.
ABC.AZ xəbər verir ki, Bloomberg-ə istinadən, Asiya üçün Arab Light markasının qiyməti 1 barel üçün 6 dollar endirilib (bazar gözləntisi 5 dollar idi). Bununla belə, Oman/Dubai səbətinə əlavə olunan premium təxminən 9,5 dollar səviyyəsində qalaraq çoxillik maksimumlara yaxınlaşıb. Avropa və Aralıq dənizi üçün qiymətlər 10 dollar, Şimali Amerika üçün isə 2 dollar azaldılıb.
Qərar OPEC+ ölkələrinin iyuldan etibarən hasilatı sutkada 188 min barel artırmaq razılaşması fonunda qəbul edilib.
10 İyun 2026
8 İyun 2026