12:41 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Dövlət qulluqçularının orta aylıq əməkhaqqısı Azərbaycanın bir sira iqtisadi rayonlarında dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ölkə üzrə göstəricidən 40 %-ə yaxın aşağıdır.
ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov bu gün keçirilən Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.
Onun sözlərnə görə, 2025-ci ilə olan rəsmi məlumata görə, ölkə üzrə dövlət qulluqçularının orta aylıq əmək haqqısı 1 971 manat olub:
"Bu göstərici Bakı şəhərində 2 539, Naxçıvan Muxtar Respublikasında 1 502, Mil-Muğan iqtisadi rayonunda 1 371, Mərkəzi Aran iqtisadi rayonunda 1 366, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 349, Şirvan-Salyan iqtisadi rayonunda isə 1 316 manatdır. Göründüyü kimi, bir sira iqtisadi rayonlarımızda dövlət qulluqçularının orta aylıq əmək haqqısı ölkə üzrə göstəricidən 40 %-ə yaxın aşağıdır. Bu əməkhaqqı məbləğlərində regional təşviq meyarlarından istifadəni aktuallaşdırır".
Deputat əlavə edib ki, dövlət qulluqçularının 7,4 %-i dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatlarda çalışır:
"92,6 %-i digər təsnifatlarda, o cümlədən 46,6 %-i 7-ci təsnifatı, 22,2 %-i isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər. Bu isə o deməkdir ki, dövllət qulluqçuların böyük əksəriyyəti üçün işə qəbul ilə bağlı tələblər tətbiq olunur. Bununla yanaşı, hazırda dövlət qulluqçularının 69,5 %-i 5 ildən çox çalışanlardır. Təbii ki, bu sahədə aparılan dərinləşdirilmiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib. Hazırda dövlət qulluğunda çalışanların yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur".
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026