09:58 - 5.06.2026
5 iyun, Fineko/abc.az. “Korgöz-Tikinti-Material” ATSC 2025-ci ili 57 min manat xalis zərər ilə başa vurub. Şirkət 2024-cü ili 95 min manat xalis zərər ilə bağlamışdı. Belə ki, ATSC-nin zərəri 40% azalıb. 2023-cü ili də 209 min manat xalis zərər ilə başa vurmuşdur.
ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Korgöz-Tikinti-Material”ın əsas əməliyyat gəlirləri 234 min manat (əvvəlki ilə nisbətən 18.2% çox) təşkil edib.
Hesabat dövründə “Korgöz-Tikinti-Material”ın cəmi aktivləri 268 min manat olub ki, bu da illik müqayisədə 12% azalmadır. Şirkətin cəmi öhdəlikləri 1 milyon 526 min manatdan 1 milyon 557 min manata çatıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026