10:44 - 3.06.2026
3 iyun, Fineko/abc.az. Azərbaycan və ABŞ arasında qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində iki ölkədən olan biznes nümayəndələri ilə görüşdük. Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının prioritetləri, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini qeyd etdik. Biznes əlaqələrinin şaxələndirilməsi üçün mövcud potensial, qarşılıqlı investisiyaların artırılmasının və birgə təşəbbüslərin perspektivləri barədə müzakirələr apardıq", - deyə o qeyd edib.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026