10:04 - 3.06.2026
3 iyun, Fineko/abc.az. "MFX-Trading İnvestisiya Şirkəti” ASC 2025-ci ili 91.99 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2024-cü ildə 712.82 min manat xalis mənfəət əldə etmişdi.
ABC.AZ xəbər verir ki, İnvestisiya Şirkətinin əməliyyat gəliri illik müqayisədə 77.9% azalaraq 995.99 min manatdan 220.58 min manata düşüb.
Buna baxmayaraq, əməliyyat xərcləri 4.9% azalaraq 328.75 min manatdan 312.63 min manata enib.
Nəticədə şirkət 91.99 min manat ümumi zərər formalaşdırıb. Bununla yanaşı, bölüşdürülməmiş zərər 5.61 min manatdan 63.83 min manata yüksəlib.
2025-ci ildə İnvestisiya Şirkətinin ümumi gəlirləri 220.71 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 77.9% azdır.
Gəlirlərin əsas hissəsi əməliyyat fəaliyyətindən formalaşıb. Ümumi xərclər isə 312.70 min manat olub və illik müqayisədə 4.8% azalıb.
Xərclərin strukturunda ən böyük payı 164.58 min manatla digər əməliyyat xərcləri və 135.30 min manatla əməkhaqqı xərcləri tutub.
Hesabat dövrünün sonuna “MFX-Trading İnvestisiya Şirkəti”nin cəmi aktivləri 5.2% azalaraq 1.1 mln. manatdan 1.05 mln. manata düşüb. Cəmi kapital 5.3% azalaraq 1.1 mln. manatdan 1.05 mln. manata enib.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026