Neft ucuzlaşır: Brent markalı neftin bir bareli 108 dollardır

09:24 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. Ötən həftənin yekunları üzrə bahalaşan etalon markalarının qiymətləri bazar ertəsi keçirilən hərraclarda ucuzlaşır.

Saat 09:20-yə olan məlumata görə, ICE Futures Europe birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,86 dollar (1,69%) azalaraq bir barel üçün 108,00 dollara düşüb. Oktyabrın 16-da keçirilən hərracların yekunlarına görə, bu müqavilənin qiyməti 3,94 dollar (3,72%) artaraq 109,86 dollara çatmışdı.

New York Mercantile Exchange (NYMEX) birjasında WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti saat 09:20-yə olan məlumata görə, 1,28 dollar (1,26%) azalaraq bir barel üçün 100,13 dollara düşüb. Oktyabrın 16-da keçirilən hərracların yekunlarına görə, müqavilənin qiyməti 3,44 dollar (3,51%) artaraq 101,41 dollara çatmışdı.

Ötən həftə Brent markalı neft 4,91%, WTI markalı neft isə 10,41% bahalaşıb.