14:36 - 1.06.2026
1 iyun, Fineko/abc.az. Hazırda enerji sahəsində əsas amil resursların təhlükəsiz tədarüküdür və Azərbaycan bunu həyata keçirən azsaylı ölkələrdən biridir.
ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.
Nazir qeyd edib ki, Hörmüz böhranı, qlobal və neft və mayeləşdirilmiş təbii qazın (LNG) beşdə birinin təchizatının pozulması enerji tədarkünün əhəmiyyətini artırıb:
"Bu qeyri-müəyyənlik Azərbaycanın əhəmiyyətini artırır. Biz Xəzər dənizini əsas fəalliyyət gücünə çeviririk".
Müəllif: Elmir Muradov