12:22 - 1.06.2026
1 iyun, Fineko/abc.az. Qazaxıstan İrandan gələn zənginləşdirilmiş uranı öz ərazisində saxlamağa qəbul edə bilər.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bəyan edib. Agentlik rəhbərinin sözlərinə görə, belə bir həll variantı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə aparılan diplomatik dialoq və danışıqlar zamanı təklif olunub.
R.Qrossi vurğulayıb ki, hazırda Qazaxıstanda BAEA-nin rəsmi Az zənginləşdirilmiş Uran Bankı fəaliyyət göstərir. Məhz bu səbəbdən ölkə nüvə materiallarının tam təhlükəsiz və beynəlxalq standartlara uyğun şəkildə qorunması üçün lazımi infrastruktur daxil olmaqla, bütün zəruri imkanlara malikdir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026