16:10 - 26.05.2026
26 may, Fineko/abc.az. Azərbaycanın aparıcı kosmetika istehsalçısı - "Gazelli Group" MMC yenidən təşkil olunur.
ABC.AZ Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, buna səbəb "Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki" MMC-nin holdinqdən ayrılmasıdır.
Kreditorlar iki ay ərzində tələbini Bаkı şəhəri, 28 May küçəsi, ev 4, mənzil 4 ünvanına bildirə bilərlər.
3 İyun 2026
3 İyun 2026