Bu Mərkəz ötən ili 3,679 milyon manat zərərlə başa vurub

11:55 - 26.05.2026


26 may, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2025-ci ili 3,679 milyon manat zərərlə başa vurub.

ABC.AZ Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 24,3 % çoxdur.

Bununla da, qurumun yığılmış zərəri 68,6 % artaraq 9,043 milyon manata çatıb.

Ötən il İİTKM-nın əməliyyat gəlirləri 454 min manat (əvvəlki ilə nisbətən 0,9 % çox), ümumi və inzibati xərcləri isə 4,133 milyon manat (21,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə İİTKM-nın aktivləri 4,494 milyon manat olub ki, bu da illik müqayisədə 4,65 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 14,2 dəfə artaraq 241 min manata çatıb, balans kapitalı isə 9,4 % azalaraq 4,253 milyon manata düşüb.