11:03 - 26.05.2026
26 may, Fineko/abc.az. Buğda fyuçersləri Yaxın Şərqdə müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda irəliləyiş gözləntiləri fonunda yanvardan bəri ən uzun eniş seriyasını yeniləməyə hazırlaşır.
ABC.AZ xəbər verir ki, Bloomberg agentliyinə əsasən, Çikaqoda ən likvid buğda fyuçersləri 1,6% ucuzlaşıb və ardıcıl dördüncü sessiyada geriləyib. Soya və qarğıdalı fyuçersləri də azalma göstərir.
CBOT bazarları bazar ertəsi ABŞ-da bayrama görə bağlı olduğundan, çərşənbə axşamı ticarət optimizmi əks etdirib. Donald Tramp İranla danışıqların “yaxşı getdiyini” bildirib.
Boğazın açılması yanacaq və gübrə tədarükünü bərpa edə bilər ki, bu da qlobal taxıl istehsalını dəstəkləyər. Lakin ABŞ-ın İrana zərbələri fonunda neftin bahalaşması buğda qiymətlərində enişi məhdudlaşdırır. CENTCOM-a görə, zərbələr Hörmüz boğazı yaxınlığında raket qurğuları və katerləri hədəf alıb, ərazidə partlayışlar qeydə alınıb.
3 İyun 2026
3 İyun 2026