19:15 - 25.05.2026
25 may, Fineko/abc.az. 2022-ci ilin payızından etibarən ABŞ Çinə 128-dən çox laylı 3D NAND yaddaş istehsalı üçün avadanlıqların ixracını qadağan edib, lakin Samsung Electronics və SK hynix şirkətləri Çindəki zavodları üçün istisna əldə ediblər.
ABC.AZ xəbər verir ki, Samsung Çinin Sian şəhərində artıq 236-laylı yaddaşın kütləvi istehsalına başlayıb və gələn il 286-laylı istehsala keçməyi planlaşdırır. Bu müəssisə şirkətin NAND istehsalının təxminən 40%-ni təmin edir.
Eyni zamanda Samsung Cənubi Koreyada 400-dən çox laylı yeni nəsil yaddaş istehsalına hazırlaşır, SK hynix 300-laylı həllər üzərində işləyir, Çin şirkəti YMTC isə 270-laylı texnologiyanı mənimsəyib.