15:07 - 25.05.2026
25 may, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə Rusiya Qazaxıstana elektrik enerjisi tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 33% artırıb.
ABC.AZ "İnter RAO" şirkətinə istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında Rusiya Qazaxıstana 930 milyon kVt-saat elektrik enerjisi ixrac edib.
Hesabat dövründə Rusiyanın ümumi elektrik enerjisi ixracatında Qazaxıstanın payı 44% təşkil edib. Digər tərəfdaşlardan Monqolustanın payı 12%, qalan bütün ölkələrin ümumi payı isə 44% olub.
29 İyul 2026
27 İyul 2026