Sənaye zonalarında istehsal 12%-dən çox artıb – Rəsmi statistika

14:11 - 25.05.2026


25 may, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artaraq 883 milyon manata çatıb.

ABC.AZ agentliyə istinadən xəbər verir ki, hesabat dövründə sənaye zonalarında istehsal olunan məhsulların 259 milyon manatlıq hissəsi xarici bazarlara ixrac edilib.

Bundan başqa, cari ilin ilk rübündə sənaye zonalarının inkişafına və mövcud layihələrin icrasına 158,7 milyon manat məbləğində investisiya yatırılıb.