09:23 - 25.05.2026
25 may, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərraclar zamanı etalon markaların qiymətləri aşağı düşür.
Saat 09:18-ə olan məlumata görə, ICE Futures Europe birjasında Brent neftinin iyul fyuçersi əvvəlki sessiyanın bağlanış səviyyəsi ilə müqayisədə 5,85 dollar (5,65%) ucuzlaşaraq bir barel üçün 97,69 dollar təşkil edib. 22 may hərraclarının yekunlarına görə, müqavilənin qiyməti 0,96 dollar (0,94%) artaraq bir barel üçün 103,54 dollara çatmışdı.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin iyul fyuçersi saat 09:18-ə qədər 5,79 dollar (5,99%) azalaraq bir barel üçün 90,81 dollara düşüb. Cümə günü müqavilənin qiyməti 0,25 dollar (0,26%) bahalaşaraq hərracları 96,60 dollar səviyyəsində başa vurmuşdu.
Ötən həftənin yekunlarına görə, Brent markalı neft 5,24%, WTI isə 4,38% ucuzlaşıb.

27 İyul 2026
25 İyul 2026