İndoneziya Rusiyadan 150 milyon barel neft almaq üçün sxem axtarır

17:19 - 22.05.2026


22 may, Fineko/abc.az. İndoneziya 2026-cı ildə 150 milyon barrelədək Rusiya neftinin idxalı üçün mexanizm hazırlayır, lakin bazar bu hədəfi həddindən artıq iddialı hesab edir. İndiyədək yalnız bir partiya xammal tədarük edilib.

ABC.AZ xəbər verir ki, planın icrası üçün gündə təxminən 700 min barrel tədarük tələb olunur ki, bu da Rusiyanın əsas ixrac istiqamətləri ilə müqayisə oluna biləcək həcmdir. Lakin sanksiyalar, logistik çətinliklər və tanker çatışmazlığı bu həcmlərin yönləndirilməsini çətinləşdirir.

İndoneziya hökuməti və dövlət şirkəti Pertamina bildirir ki, razılaşmanın mexanizmi hələ hazırlanma mərhələsindədir və yekun qərarlar maliyyə və tənzimləyici şərtlərdən asılı olacaq.