Dünya birjalarında neft qiymətləri yüksəlib – "Brent" 104 dolları ötüb

09:48 - 22.05.2026


22 may, Fineko/abc.az. Dünya birjalarında keçirilən ticarət əməliyyatlarında neft qiymətlərində artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, Londonun "ICE" qitələrarası birjasında "Brent" markalı neftin iyul müqaviləsinin dəyəri 1,51% artaraq 1 barelə görə 104,13 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə "WTI" markalı neftin iyun fyuçerslərinin qiyməti 0,97% yüksələrək 1 barel üçün 97,28 ABŞ dollarına bərabər olub.