Azərbaycan nefti bahalaşıb,  bareli 114.14 dollara satılır 

09:36 - 22.05.2026


22 may Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. 

ABC.AZ-ın məlumatına görə,  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 dollar və ya 1,62 % artaraq 114,14  dollara bərabər olub. 

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.