17:28 - 21.05.2026
21 may, Fineko/abc.az. Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük daşımaları sahəsində prosedurlar yüngülləşdirilib.
ABC.AZ Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbul edilən yeni qərara əsasən, yükdaşıyanların tranzit keçid üçün xüsusi icazələr almasına ehtiyac qalmayıb.
Yeni qaydaların tətbiqi nəticəsində bəzi hallarda biznes subyektlərinin xərclərinə 15%-ə qədər qənaət ediləcəyi gözlənilir. Eyni zamanda, mal partiyalarının məcburi şəkildə hissələrə bölünməsi zərurəti də aradan qaldırılıb; artıq yüklər heç bir əlavə bürokratik prosedur olmadan bütöv şəkildə daşına bilər.
Məsələni şərh edən AİK-in energetika və infrastruktur üzrə naziri Arvızbek Kojofev bildirib ki, bu, birliyin "beşlik" ölkələrinin vahid nəqliyyat məkanı yaratmaq hədəfinə sadiqliyini təsdiqləyən mühüm və tarixi bir hadisədir.
27 İyul 2026