17:23 - 21.05.2026
21 may, Fineko/abc.az. Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Dövlət sektoru üzrə baş mütəxəssisi Fabienne Mroczkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ABC.AZ-a Maliyyə Nazirliyindən verilən məlumata görə, görüşdə Dünya Bankı və İsveçrənin SECO təşkilatının birgə dəstəklədiyi “Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramı”nın icrası və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Anar Kərimov bildirib ki, bu əməkdaşlıq ölkədə fiskal intizamın gücləndirilməsi, strateji büdcə planlaşdırılması və nəticəyönlü idarəetmə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Proqram çərçivəsində proqram əsaslı büdcə yanaşmasına keçidin sürətləndirilməsi istiqamətində mühüm nəticələr əldə edilib.
Görüşdə dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşma, müasir informasiya sistemlərinin tətbiqi və rəqəmsal ekosistemin modernləşdirilməsi istiqamətində görülən işlər diqqət mərkəzində olub.
Öz növbəsində, Fabienne Mroczka həyata keçirilən islahatların dövlət maliyyə idarəetmə sisteminin müasirləşdirilməsi və institusional potensialın gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı səhiyyə, gənclər və idman, mədəniyyət və media sektorlarında nəticəəsaslı büdcə mexanizmlərinin tətbiqi, aidiyyəti qurumlar üçün təlimlərin təşkili və fiskal risklərin idarə olunması məsələləri də nəzərdən keçirilib.
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026