Neft bahalaşır: Brent bir barel üçün $105,57 təşkil edib

09:27 - 21.05.2026


21 may, Fineko/abc.az. Cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiyməti artır.

Bakı vaxtı ilə saat 09:20-də ICE Futures Europe birjasında Brent neftinin iyul fyuçersi $0,55 (0,52%) bahalaşaraq bir barel üçün $105,57 təşkil edib. 20 may ticarətinin nəticələrinə görə, bu müqavilənin qiyməti $6,26 (5,63%) azalaraq bir barel üçün $105,02-a düşüb.

Nyu-York Əmtəə Birjasında (NYMEX) saat 09:20-yə olan məlumata görə, WTI neftinin iyul fyuçersinin qiyməti $0,70 (0,71%) artaraq bir barel üçün $98,96 təşkil edib. 20 may ticarətinin nəticələrinə görə, müqavilə $5,89 (5,66%) ucuzlaşaraq $98,26-a düşüb.