10:58 - 20.05.2026
20 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 8 milyon 389,5 min ton neft nəql edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 4 ayının göstəricisinə nisbətən 31,4 % azdır. Ötən dövr ərzində nəqletmənin 77 %-i BTC kəməri ilə həyata keçirilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4 %-ni və ya 6 milyon 914,7 min tonunu Azərbaycanda hasil edilən neft, 17,6 %-ini və ya 1 milyon 475,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 10,6 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 6,8 % azalıb.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026