10:23 - 19.05.2026
19 may, Fineko/abc.az. 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 22 082 şəxs olub. Bu say 2025-ci illə müqayisədə 9 881 şəxs azdır.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə isə Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 31 963 şəxs təşkil etmişdi.
İllik müqayisədə xarici ticarət iştirakçılarının sayı hüquqi şəxslər üzrə 12 şəxs artaraq 8 049-a yüksəlib, fiziki şəxslər üzrə isə 9 893 şəxs azalaraq 14 033 şəxsə düşüb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026