14:21 - 18.05.2026
18 may, Fineko/abc.az. "İrşad" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 153 min manat zərərlə baş vurub.
ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,25 dəfə çoxdur.
Bu il yanvarın 1-nə "İrşad"ın aktivləri 1,027 milyon manat olub ki, bu da illik müqayisədə 6 % azdır. Bunun 495 min manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 21,5 dəfə böyüyüb.
Hesabat dövründə "İrşad"ın öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 10,4 % artaraq 1,027 milyon manata, o cümlədən nizamnamə kapitalı 25 % artaraq 1,25 milyon manata çatıb.
Xatırladaq ki, "İrşad" 2023-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100 % Rəşad Qəribovdur.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026