Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik

13:42 - 18.05.2026


18 may, Fineko/abc.az. Bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı söyləyib.

“Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir”, - deyə dövlət başçısı bildirib.