17:13 - 2.09.2026
2 Sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə kibertəhlükəsizlik, toxumçuluq və xarici ticarətdən valyuta vəsaitlərinin ölkəyə qaytarılması sahələrində yeni sankisyaları nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
Sənədə əsasən, əsas dəyişikliklər aşağıdakı istiqamətləri əhatə edir:
Kibertəhlükəsizlik tələblərinin pozulması: İnternet provayderlər, host provayderlər və informasiya infrastrukturu subyektləri tərəfindən kiberinsidentlərə qarşı operativ tədbirlərin görülməməsi, sorğuların müəyyən edilmiş vaxtda (24 saat və ya 5 iş günü) cavablandırılmaması və dərhal məlumat verilməməsinə görə vəzifəli şəxslər 500-dən 1 000 manatadək, hüquqi şəxslər isə 100-dən 2 000 manatadək cərimələnəcəklər. Reyestrdən keçmədən analoji mərkəz kimi fəaliyyət göstərənlərə hüquqi şəxslər üzrə 2 500 manatadək cərimə tətbiq ediləcək.
Toxumçuluq haqqında qanunvericilik: Standartlara cavab verməyən toxumların dövriyyəsi, qeydiyyatdan keçmədən fəaliyyət göstərilməsi və ya qablaşdırmada yanlış məlumatların göstərilməsinə görə fiziki şəxslər 100–150 manat, vəzifəli şəxslər 300–500 manat, hüquqi şəxslər isə 1 000–1 500 manat cərimə ediləcəklər.
Valyuta vəsaitlərinin qaytarılması: Xarici ticarət əməliyyatlarından əldə edilən valyuta vəsaitlərinin müvəkkil banklara qaytarılmamasına görə sanksiya faizləri azaldılıb (vəzifəli şəxslər üçün 10–20%, hüquqi şəxslər üçün 20–30%). Həmçinin, məhkəmə və ya səlahiyyətli orqan qərar çıxaranadək valyutalandırma bərpa olunarsa, şəxs inzibati məsuliyyətdən azad edilir.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026