Azərbaycanın satdığı neftin həcmi ötən ilin bu vaxtındakından azdır

11:53 - 18.05.2026


18 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 milyon 923 min 086,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,42%, dəyəri isə 4,33 % azdır.

Ötən 4 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 36,75 % olub.