09:59 - 18.05.2026
18 may, Fineko/abc.az. Slovakiya Azərbaycanla azı 10 illik uzunmüddətli müqavilənin bağlanmasını müzakirə edir.
ABC.AZ xəbər verir ki, bunu Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba deyib.
“Slovakiya enerji tədarükünü şaxələndirmək istəyir. Azərbaycan isə bizim üçün etibarlı tərəfdaşdır. Yeganə məsələ enerji resurslarının Mərkəzi Avropaya necə çatdırılmasıdır. Yəni söhbət sizin enerji resurslarınızı almaq istəyib-istəməməyimizdən deyil, onları Mərkəzi Avropaya necə çatdıracağımızdan gedir.
Hazırda biz hansı boru kəmərlərindən və hansı həcmdə istifadə oluna biləcəyini müzakirə edirik”, – deyə o bildirib.
©Report
27 İyul 2026
25 İyul 2026