09:40 - 18.05.2026
18 may, Fineko/abc.az. Bazar ertəsi keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiyməti artır.
Saat 09:35-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersi 1,91 dollar (1,75%) bahalaşaraq barel başına 111,17 dollar təşkil edib. 15 may tarixinə olan ticarət nəticələrinə görə, bu müqavilənin qiyməti 3,54 dollar (3,35%) artaraq bir barelə 109,26 dollara çatıb.
"New York Mercantile Exchange" (NYMEX) birjasında isə saat 09:35-ə "WTI" neftinin iyun fyuçersinin qiyməti 2,26 dollar (2,14%) artaraq bir barel üçün 107,68 dollar olub. 15 may tarixinə olan ticarət nəticələrinə görə, müqavilə 4,25 dollar (4,20%) bahalaşaraq 105,42 dollar təşkil edib.
Ötən həftə ərzində "Brent" markalı neft 7,87%, "WTI" nefti isə 10,48% bahalaşıb.

29 İyul 2026
29 İyul 2026
27 İyul 2026