17:22 - 15.05.2026
15 may, Fineko/abc.az. Niderlandın "ING Group" bank qrupunun qiymətləndirmələrinə görə, Azərbaycanda inflyasiya 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,4% və 5,2% səviyyəsində gözlənilir.
ABC.AZ xəbər verir ki, qurumun proqnozuna görə, Azərbaycanda inflyasiya 2026-cı ilin 1-ci rübündə 5,7%, 2-ci rübdə 5,5%, 3 və 4-cü rüblərdə 5,2% olacaq.
Eyni zamanda 2027-ci ilin rüblər üzrə proqnozlarına görə isə Azərbaycanda inflyasiya gələn ilin ilk rübündə 5%, 2 və 3-cü rüblərdə 5,3%, 4-cü rübdə isə 5,4% olacaq.
Niderlandın "ING Group" bank qrupunun bundan əvvəlki qiymətləndirmələrinə görə isə, Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,2% və 5,1% səviyyəsində olacağı proqnozlaşdırılmışdı. Beləliklə, qurumun əvvəlki proqnozu ilə müqayisədə Azərbaycanda inflyasiya gözləntiləri 2026-cı il üzrə 0,2 faiz bəndi, 2027-ci il üzrə isə 0,1 faiz bəndi artıb.
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026