16:05 - 15.05.2026
15 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 63,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur.
Bildirilib ki, bunun 4,4 milyon manatı bitkiçilik sahəsi üzrə, 59 milyon manatı isə heyvandarlıq sahəsi üzrə olub.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026