Naxçıvanda əhalinin banklarda 41,4 milyon manat əmanəti var

14:59 - 15.05.2026


15 may, Fineko/abc.az. Bu il mayn 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 41,4 milyon manat əmanəti olub.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 47,3% çoxdur.

Əmanətlərin 94%-i milli, 6%-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 47,7%, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 40,4% artıb.