12:26 - 15.05.2026
15 may, Fineko/abc.az. Nigeriya Beynəlxalq Enerji Agentliyinin (IEA) assosiativ üzvü statusu üçün müraciət edib.
ABC.AZ xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Fatih Birol bildirib. Ərizə qəbul edilib və baxılma mərhələsindədir.
Nigeriya eyni zamanda OPEK, OPEK+ və Qaz İxrac Edən Ölkələr Forumunun (FSEF) üzvüdür. Ölkə “Qazın onilliyi” strategiyası çərçivəsində təbii qazı keçid yanacağı kimi inkişaf etdirir.
Assosiativ üzvlük IEA-da analitik məlumatlara, işçi qruplara və əməkdaşlıq proqramlarına çıxış imkanı verir, lakin 90 günlük neft ehtiyatı kimi tələbləri nəzərdə tutmur. Bu statusa artıq Çin, Hindistan və Braziliya daxildir.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026