AMD 2026-cı ilin I rübündə prosessor bazarında mövqelərini gücləndirib

12:09 - 15.05.2026


15 may, Fineko/abc.az. 2026-cı ilin I rübündə AMD x86 prosessorlar bazarında pul ifadəsində payını 38,1%-ə çatdıraraq həm server, həm də müştəri seqmentlərində mövqelərini möhkəmləndirib.

ABC.AZ xəbər verir ki, şirkət istehlakçı və mobil kompüterlər seqmentində artım göstərərək tarixində ən yaxşı nəticələrə nail olub. Bununla belə, bazar payının tədricən azalmasına baxmayaraq, Intel xüsusilə müştəri və mobil prosessorlar seqmentində liderliyini qoruyur.