Azərbaycan neftinin bareli 113.48 dollara satılır

10:27 - 15.05.2026


15 may Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,04  dollar və ya 1,76 % azalaraq 113,48 dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.