15:43 - 14.05.2026
14 may, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında neft-qaz sektoru üzrə 14 milyard 28,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Bu isə 2025-ci ilin müvafiq dövrünə nisbətən 0,9 faiz azdır.
Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Qeyd edək ki, sənaye sektorunda 2026-cı ilin yanvar-aprel aylarında 21,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.
27 İyul 2026
27 İyul 2026