BTC ilə 4 ayda Qazaxıstan neftinin tranziti 470 min tonu ötüb

12:30 - 13.05.2026


13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində Qazaxıstanın aşırılan neftinin həcmi 471 min ton təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə "KazTransOil" şirkəti məlumat yayıb.

Məlumata görə, təkcə aprel ayında Aktau limanı vasitəsilə BTC neft kəməri istiqamətində 125 min ton Qazaxıstan nefti yüklənib.

Daha əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirmişdi ki, Qazaxıstan 2026-cı ildə BTC boru kəməri vasitəsilə dünya bazarlarına 1,5 milyon tondan 2,2 milyon tona qədər neft ixrac etməyi planlaşdırır.

Xatırladaq ki, 2025-ci ildə Qazaxıstan BTC neft kəməri ilə 1,2 milyon ton neft ixrac edib.