Çin və İran arasında dəmir yolu ticarəti blokadadan sonra kəskin artıb

17:03 - 8.05.2026


8 may, Fineko/abc.az. Blokadanın başlanmasından sonra Sian–Tehran istiqamətində yük qatarlarının sayı həftədə 1 qatar səviyyəsindən hər 3–4 gündə 1 qataradək artıb.

ABC.AZ xəbər verir ki, Bloomberg-in məlumatına görə, daşımaların qiyməti 40 futluq konteyner üçün təxminən 7 min dollara yüksəlib ki, bu da normadan 40% çoxdur.

Hazırda axın əsasən birtərəflidir: İrana avtomobil ehtiyat hissələri, elektronika və generatorlar daxil olmaqla sənaye və istehlak malları göndərilir. Əvəzində Tehran dəmir yolu vasitəsilə neft-kimya məhsulları ixracını nəzərdən keçirir.

Eyni zamanda İran Rusiyaya doğru “Şimal–Cənub” dəmir yolu dəhlizini inkişaf etdirməyi planlaşdırır və dəniz ticarətinin təxminən 40%-ni quru, dəmir yolu marşrutlarına yönləndirə bilər.