09:17 - 7.05.2026
7 may, Fineko/abc.az. Ötən iki sessiyanın yekunlarına görə qeydə alınan əhəmiyyətli enişdən sonra etalon markaların qiymətləri cümə axşamı ticarətində artım nümayiş etdirir.
Saat 09:14-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersinin qiyməti 0,60 dollar (0,59%) bahalaşaraq bir barelə görə 101,87 dollar təşkil edib. Mayın 6-da keçirilən ticarətin yekunlarına əsasən, bu müqavilənin qiyməti 8,60 dollar (7,83%) ucuzlaşaraq bir barelə görə 101,27 dollara düşmüşdü.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin iyun fyuçersinin qiyməti saat 09:14-ə qədər 0,52 dollar (0,55%) artaraq bir barelə görə 95,60 dollar olub. Ötən sessiyanın yekununda bu müqavilə 7,19 dollar (7,03%) azalaraq 95,08 dollara enmişdi.
