Dörd ayda vergi daxilolmaları 5 milyard manatı keçib

16:46 - 6.05.2026


6 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard manatdan çox vəsait daxil olub.

ABC.AZ quruma istinadən xəbər verir ki, 4 ayda vergi daxilolmalarının 5 milyard 360,3 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,3 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.