15:01 - 6.05.2026
6 may, Fineko/abc.az. TotalEnergies bildirib ki, Fransa hakimiyyəti vergiləri artıracağı halda yanacaq qiymətlərinə tətbiq olunan məhdudiyyəti ləğv edəcək.
ABC.AZ xəbər verir ki, şirkətin rəhbəri Patrik Puanné qeyd edib ki, belə vəziyyətdə qiymətlərin tənzimlənməsi dövlətin üzərinə düşməlidir.
Qiymət limiti (benzin üçün 1,99 avro/litr, dizel üçün 2,25 avro/litr) ən azı mayın sonunadək qüvvədə qalacaq. Mənfəətin 5,8 milyard avroya yüksəlməsi və tədarükdəki fasilələr səbəbindən yanacağın bahalaşması fonunda Fransada tələb azalıb: benzin satışı 14,5%, dizel isə 18,5% düşüb.