ABŞ ən iri neft ixracatçısına çevrilib — 9 həftədə 250 mln barel

15:38 - 5.05.2026


5 may, Fineko/abc.az. Amerika Birləşmiş Ştatları son doqquz həftə ərzində 250 milyon bareldən çox neft ixrac edərək Səudiyyə Ərəbistanını geridə qoyub.

İxracın artımı Hörmüz boğazında gəmiçiliyə tətbiq olunan məhdudiyyətlərlə bağlıdır.

ABC.AZ xəbər verir ki, ixrac artıq maksimum səviyyəyə yaxındır: real dayanıqlı həcm gündəlik təxminən 6 milyon barel kimi qiymətləndirilir.

Artım əsasən ehtiyatların azalması (–52 milyon barel) hesabına baş verir, halbuki hasilat demək olar ki, artmır və bazardakı qeyri-müəyyənlik fonunda öz həddinə çatır.