10:10 - 5.05.2026
5 may, Fineko/abc.az. ADNOC inkişaf strategiyasını sürətləndirərək hasilat və emal sahələrində yeni layihələrə $55 mlrd həcmində investisiya yönəldəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qərar Birləşmiş Ərəb Əmirliklərinin OPEC-dən çıxmasından sonra qəbul edilib. Vəsait 2030-cu ilə qədər nəzərdə tutulan $150 mlrd-lıq investisiya planının tərkib hissəsidir.
Şirkət qlobal tələbatın dəyişməsinə daha çevik reaksiya vermək üçün hasilat siyasətini yumşaltacağını açıqlayıb. Eyni zamanda OPEC+ ölkələri yalnız minimal kvota artımı barədə razılığa gəlib.
BƏƏ-nin bu addımı alyans daxilində gərginliyi artırıb və xüsusilə Səudiyyə Ərəbistanı ilə fikir ayrılıqlarını daha da qabardıb.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026